
Mazut neft emalının qalıq məhsulu olub, əsasən istilik sistemlərində və gəmilərdə yanacaq kimi istifadə olunur. Onun tərkibindəki zərərli maddələr insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

E-saglam.az mazutun dədənə təsiri ilə bağlı məlumatları təqdim edir:
Tənəffüs yolları: Buxarların inhalyasiyası öskürək, baş ağrısı, başgicəllənmə və tənəffüs problemlərinə səbəb ola bilər.
Dəri təması: Dermatiti, allergik reaksiyaları və ekzemanı tətikləyə bilər.
Udulması: Ürəkbulanma, qusma, qarın ağrısı və hətta ağır zəhərlənməyə yol aça bilər.
Sağlamlığa uzunmüddətli təhlükələr
Mazuta mütəmadi məruz qalmaq xroniki bronxit, allergik reaksiyalar və dəri xəstəliklərinə səbəb ola bilər. Onun tərkibindəki benzol uzun müddət təsir etdikdə leykemiya riskini artırır.
Qorunma yolları
Qoruyucu avadanlıq: Maskalar, əlcəklər və qoruyucu geyimlər istifadə edilməlidir.
Havalandırma: Qapalı məkanlarda işləyərkən yaxşı ventilyasiya təmin olunmalıdır.
Tibbi müayinə: Mazutla işləyən şəxslər mütəmadi yoxlanılmalıdır.
Mazutun yaratdığı təhlükələri azaltmaq üçün müvafiq qorunma tədbirləri görülməlidir.
Tərcümə: Könül Oruc