Xəstəliklər
Kəllə beyin travmasının nəticələri
Xəstəliklər

Kəllə beyin travmasının nəticələri

Beyin travması keçirmiş adamlarda bir-neçə ay ərzində diffuz baş ağrıları baş verə bilir.Bu ağrılar bəzən səhərlər baş versə də,çox vaxt gün ərzində gərginlik,narahatlıq törədir.

Beyin travması almış xəstələrdə baş ağrıları aşağıdakı hallarda meydana çıxa bilir:

* gün altında qaldıqda

* gərginlik yaşadıqda

* alkoqol qəbulu zamanı

* aşağı əyilən zaman

Beyin travması almış xəstələrdə bəzən zədə nahiyəsində lokallaşmış baş ağrıları meydana çıxır.Zədələnmə xəstələrdə ən çox baş gicəllənməsi,baş hərlənməsi,yeriş zamanı səndələmək,cəld hərəkətlər və yerdən qalxan zaman qətiyyətsizlik müşahidə olunur.

Belə xəstələrdə bəzi beyin əlamətləri meydana çıxır:

* yaddaşın pozulması

* diqqət toplamaqda çətinlik

* tez yorulmaq

* əsəbilik

Ağır kəllə beyin travması zamanı kəllə sinirlərinin zədələnməsi,hemiparez şəklində beyin pozulmaları müşahidə edilə bilir.Bəzən xəstələrdə hissiyyat və nitq pozulmalarına təsadüf edilir.

Kəllə beyin travması zamanı bəzən xəstələrdə şəkərsiz diabet müşahidə olunsa da bu yalançı əlamətlər hesab edilir və müvəqqəti xarakter daşıyır.

Şüurun pozulmasının dərinliyindən və ağırlığından asılı olaraq travmadan sonrakı ensefalopatiyanın baş vermə tezliyi artır.

Ensofalopatiya yaddaşın pozulmasına,şəxsiyyətin dəyişilməsinə,kəllədaxili təzyiqin pozulmasına səbəb olur.Ensofalopatiyanın klinikasının gedişi travmanın ağırlıq dərəcəsindən asılı olur.

Kəllə beyin travmalarının əlamətləri zədə dəydiyi andan 2 il və daha artıq bir zaman sonra meydana çıxa bilir./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun