Uşaq Qastroenteroloqu Dos. Dr. Nevzat Aykut Bayrak uşaqlarda qəbizliyin artdığını bildirib.
E-saglam.az xəbər verir ki, oOnun sözlərinə görə, halların 95%-i funksional səbəblərlə bağlıdır və düzgün qidalanma ilə qarşısı alına bilər.
Ən əsas əlamətlər:
-
Həftədə iki dəfədən az nəcis ifrazı
-
Ağrılı və sərt defekasiya
-
Zeytun və ya keçi nəcisi formasında ifrazat
-
Nəcis saxlaya bilməmə
Nə etməli?
-
Lifli qidalar: Balqabaq, ispanaq, bamya, semizotu və təzə meyvələr – ərik, gavalı, tut.
-
Süd istehlakı: İnək südü qəbizlik yarada bilər, əvəzinə qatıq və ayran tövsiyə olunur.
-
Su: Gün ərzində bol su içmək bağırsaq hərəkətlərini artırır.
Bayrak əlavə edib ki, qəbizlik 3 aydan çox davam edərsə, xroniki hal alır və mütləq həkim müdaxiləsi tələb olunur.
Tərcümə: Könül Oruc