Keçən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub.
E-saglam.az xəbər verir ki, bu barədə Çağrı mərkəzi xidmətinə media nümayəndələri üçün təşkil olunan “Açıq qapı” günündə mərkəzin rəhbəri Nərminə Ramazanova məlumat verib.
"Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar" - N.Ramazanova əlavə edib.