Qidalanma
Kartofun yaşıl hissəsini kəsib qalanını yeyirsiniz?
Qidalanma
81

Kartofun yaşıl hissəsini kəsib qalanını yeyirsiniz? Həkimdən ŞOK xəbərdarlıq

Bir çox insan kartofun yaşıl hissələrini kəsərək qalan hissəsini yeməyə davam edir. Lakin qastroenteroloq Vladimir Loginov bu vərdişin zəhərlənmə riski yarada biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kartofun yaşıl rəng alması xlorofilin yaranması ilə əlaqədardır. Lakin bu, eyni zamanda kartofda solanin adlı təbii toksinin miqdarının artdığını göstərən əlamət ola bilər.

Solanin orqanizm üçün zərərli maddədir. Onun yüksək miqdarda qəbulu ürəkbulanma, qusma, qarın ağrısı, ishal və digər zəhərlənmə əlamətlərinə səbəb ola bilər.

Həkim həmçinin vurğulayıb ki, kartofu bişirmək solanini tamamilə aradan qaldırmır. Buna görə də kartofun geniş hissəsi yaşıllaşıbsa, yalnız yaşıl hissəni kəsib qalanını istifadə etmək əvəzinə həmin kartofdan imtina etmək daha təhlükəsizdir.

Loginovun sözlərinə görə, kartofun qabığının və ya ətinin əhəmiyyətli hissəsi yaşıllaşıbsa, onu yemək tövsiyə edilmir. Belə kartofun istehlakı xüsusilə acı dad və ya digər dəyişikliklərlə müşayiət olunursa, məhsul atılmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun