Xəstəliklər
Kardioloq qan təzyiqini aşağı salmağın
Xəstəliklər

Kardioloq qan təzyiqini aşağı salmağın sadə yollarını açıqlayıb

Kardioloq İlya İnauri xəbərdarlıq edib ki, yüksək qan təzyiqi tez-tez infarkt və insultlara səbəb olur.

E-saglam.az xəbər verir ki, həkim MD GROUP Klinik Xəstəxanasının Telegram kanalında təzyiqi aşağı salmağın sadə yollarını açıqlayıb.

Həkim hipertansif xəstələri duz və yüksək natrium olan qidaların (kolbasa, konservləşdirilmiş qidalar, hisə verilmiş ət) istehlakını azaltmağa çağırıb. Bu qidaların tərkibində olan ədviyyat bədəndə yüksək təzyiqə səbəb ola bilər. 

Həkim həmçinin pis vərdişlərdən - siqaret və spirtli içkilərdən imtina etməyi tövsiyə edib.

Həkim bildirib ki, qan təzyiqinə nəzarət etmək üçün düzgün qidalanmaq, çəkini izləmək və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq lazımdır: “Daha çox meyvə, tərəvəz, tam taxıl və az yağlı süd məhsulları yeyin. Doymuş yağ və xolesterolu yüksək olan qidalardan çəkinin”.

Həkim həmçinin istirahət etməyi və stressi idarə etməyi öyrənməyi tövsiyə etdi və əlavə etdi ki, hipertoniya üçün dərman müalicəsi təyin edərkən mütləq ona əməl etmək lazımdır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun