Tibbi xəbərlər
Kardioloq 10 günlük rejim açıqladı:
Tibbi xəbərlər
262

Kardioloq 10 günlük rejim açıqladı: Ürəyi cavanlaşdırmağın ən güclü yoludur

Ürək sağlamlığı uzun və keyfiyyətli ömrün əsas şərtidir.

E-saglam.az xəbər verir ki, Amerikalı kardioloq Dr. Sanjay Bhojraj 20 illik təcrübəsinə əsaslanaraq ürəyi gücləndirən və cavan saxlayan 10 sadə vərdiş təklif edir. Bu rejim həm infarkt riskini azaldır, həm də ümumi sağlamlığı dəstəkləyir.

1. Hər gün hərəkət edin

Gündə 7000-10.000 addım atmaq qan təzyiqini aşağı salır, şəkəri balanslaşdırır və ürəyi qoruyur.

2. Günü zülalla başlayın

Səhərlər 25-30 qram protein (yumurta, qatıq, kefir və s.) toxluq hissini artırır və əzələ kütləsini qoruyur.

3. Maqnezium və K2 vitamini qəbul edin

Maqnezium ürək ritmini tənzimləyir, K2 isə kalsiumun damarlarda yığılmasının qarşısını alır.

4. Oyandıqdan dərhal ekrana baxmayın

Telefon və ekranlar kortizol (stress hormonu) səviyyəsini artırır. Oyanandan sonra ən az 30 dəqiqə ekransız qalın.

5. Səhər günəşindən faydalanın

Günə gün işığı ilə başlamaq bioloji saatı nizamlamaqla yanaşı, əhvalı da yaxşılaşdırır.

6. Qəhvədən əvvəl su için

Yuxudan sonra bir stəkan su içmək bədəni oyadır, təzyiqi tarazlayır və qəhvənin təsirini artırır.

7. Emal olunmuş qidalardan uzaq durun

Qablaşdırılmış, çox tərkibli qidalar iltihab və damar tutulmasına səbəb olur. 5-dən çox tərkib hissəsi varsa, ehtiyatlı olun.

8. Qan təzyiqinizi izləyin

Qan təzyiqi və ürək dərəcəsi dəyişkənliyi (HRV) ürək və sinir sistemi haqqında dəyərli məlumat verir.

9. Burnunuzdan nəfəs alın

Burunla nəfəs almaq oksigen qəbulunu artırır, azot oksidi istehsalını dəstəkləyir və ürəyə fayda verir.

10. Həyat tərzinizi nəzərdən keçirin

Ürək sağlamlığı yalnız dərman və pəhrizlə deyil, nizamlı yuxu, stressin idarəsi, fiziki aktivlik və şüurlu vərdişlərlə qorunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun