Tibbi xəbərlər
Karantin rejimində yumşaldılan fəaliyyətlər bu şəkildə - OLACAQ
Tibbi xəbərlər

Karantin rejimində yumşaldılan fəaliyyətlər bu şəkildə - OLACAQ

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı.

E-saglam.az bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, mayın 31-I və iyunun 10-dan etibarən bəzi qadağaların aradan qaldırılması və yumşaldılması ilə bağlı Nazirlər Kabinetinin Operativ Qərargahı bəzi qərarlarına aydınlıq gətirib. Belə ki, Nazirlər Kabinetinin açıqlamasında iyunun 10-da iri ticarət mərkəzlərinin fəaliyyətinə onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrların fəaliyyəti istisna olmaqla icazə verilir.

Həmçinin iyunun 10-dan etibarən Azərbaycanda fəaliyyətinə icazə verilən dini ibadət yerlərinə 50 nəfərdən çox adamın buraxılmaması qərara alınıb.  

Açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsinə gəlincə isə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, həmçinin insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maska taxmaq məcburi deyil.

Belə ki, bu nüansları özündə əks etdirən “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərardakı 1.7.və 1.8-ci bəndlər ləğv edilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun