Tibbi xəbərlər
Karantin qaydaları pozuldu: 5 şadlıq evi cəzalandırıldı
Tibbi xəbərlər
175

Karantin qaydaları pozuldu: 5 şadlıq evi cəzalandırıldı

Lənkəranda toy zamanı karantin qaydalarının pozulduğu daha 5 obyekt cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan E-saglam.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 5 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Şah Sarayı”, “Amin”, “Aydan” şadlıq saraylarında, “Şəlalə” və “Karnaval” istirahət mərkəzlərində təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

Ümumilikdə isə Lənkəran rayonu ərazisində iyul ayının 1-dən təşkil edilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn tələblərin pozulması ilə bağlı 42 nəfər barəsində qanunamüvafiq tədbirlər görülüb, onlardan 3 nəfəri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun