Tibbi xəbərlər
İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama
Tibbi xəbərlər

İyunun 1-dən sonra yumşaldılmalar olacaq? - Rəsmi açıqlama

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı vəziyyət müsbətə doğru gedir. Həm yoluxanların sayı azalır, həm də virusdan sağalanların sayı xeyli artıb.

İnsanları maraqlandıran məsələlərdən biri də iyunun 1-dən sonra hansı məhdudiyyətlərin ləğv edilməsidir. E-saglam.az-ın məlumatına görə, məsələ ilə bağlı ARB24-də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva bildirib ki, yoluxanlarla bağlı rəqəmlər hər an dəyişə bilər:

"Bu haqda əvvəlcədən danışmaq çətindir. Çünki iyun ayına iki həftəlik müddət qalır. Biz əvvəlki təcrübədə bir və ya iki həftə ərzində ölkədə koronavirus mənzərəsinin dəyişməsinin şahidi olmuşuq. Bu haqda əvvəlcədən nəsə demək çox çətindir.

Təkcə bizim ölkədə deyil, bütün dünyada koronavirusdan müəyyən qədər qurtulmaq üçün əhalinin 70 faizi vaksin olunmalıdır. Bizim də hədəfimiz budur ki, əhalinin 70 faizi avqust ayına qədər vaksinasiya olunsun".

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun