Tibbi xəbərlər
İts.gov.az rəsmi internet saytının təqdimat mərasimi
Tibbi xəbərlər
292

İts.gov.az rəsmi internet saytının təqdimat mərasimi keçirilib

"Agentlik olaraq üzərimizə qısa müddətdə böyük məsuliyyət götürmüşük. Ölkə üzrə geniş bir sistem qurmuşuq. Bu hər bir vətəndaşımızın həyatına birbaşa təsir edən bir prosesdir".

E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev "its.gov.az" saytının təqdimat mərasimində deyib. 

Onun sözlərinə görə, yeni yaradılmış hər bir qurum üçün özünü təqdim edəcək bir platformaya malik olmaq müasir dövrdə böyük əhəmiyyət kəsb edir:

"Bizim üçün də bu çox vacib idi. Bu, həm bütün vətəndaşlara, həm də geniş auditoriyaya malik tibb işçilərinə birbaşa təsir edən yenilikçi bir sistem idi. Ölkənin hər bir bölgəsində fəaliyyət göstərən tibb mərkəzlərinin icbari tibbi sığorta ilə tanış olması çox önəmli idi, çünki hər kəs üçün əhatəli və əlçatan bir şəbəkə qurulurdu".

Z. Əliyev bildirib ki, saytın ilkin mərhələdə hazırlanmasında özü yaxından iştirak edib:

"Fəaliyyətə yeni başlamışdıq, gələcək üçün böyük ideyalarımız və planlarımız olsa da, onları reallığa necə çevirəcəyimiz, hansı xidmətləri təminata alacağımız, qanunvericilikdə bunun necə tənzimlənəcəyi kimi əhəmiyyətli suallara cavab axtarırdıq. Hazırda saytımızda yer alan bir çox bölmələr üçün məlumat bazamız o zamanlar hələ mövcud deyildi. Saytda əhaliyə məlumat verə biləcək yeganə şey isə bu ola bilərdi ki, biz artıq fəaliyyətə başlamışıq və qarşıda böyük işlər bizi gözləyir". 

Agentliyin sədri onu da qeyd edib ki, hazırda saytımızda daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazamız mövcuddur:

"Sayt icbari tibbi sığorta sistemini tənzimləyən qaydalardan tutmuş vacib resurslara qədər bütün məlumatları özündə cəmləyir ki, vətəndaşlarımız bu məlumatlara rahatlıqla və çevik şəkildə çıxış əldə edə bilsinlər. Prioritetlərimizi dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışırıq. Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir: indi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür. Tibbi xidmətlərin sürətli axtarış sistemi və qəbul üçün elektron müraciət kimi yeniliklər saytı daha istifadəçiyönümlü və əlçatan edir. İnanıram ki, hər biriniz burada sığorta ilə bağlı lazım olan məlumatı asanlıqla tapacaq və faydasını görəcəksiniz. Necə ki, icbari tibbi sığorta sistemimiz əhali üçün faydalıdır, inanıram ki, saytımız da bu istiqamətdə vətəndaşlara eyni dərəcədə faydalı və əlçatan olacaq". 

Könül Oruc 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun