Xəstəliklər
İtlərdən insana keçən yeni koronavirusun TƏHLÜKƏSİ
Xəstəliklər

İtlərdən insana keçən yeni koronavirusun TƏHLÜKƏSİ

ABŞ və Malayziyadan olan alimlər itlərdən insana keçən koronavirus aşkar ediblər.

E-saglam.az xəbər verir ki, koronavirusun bu növünə əvvəllər rast gəlinməyib.

2018-ci ildə alimlər Malayziyada sətəlcəmdən müalicə alan 300-dən çox xəstənin burnundan yaxma götürərək analiz ediblər.

Onların yeddisi uşaq olmaqla, səkkizində əvvəllər aşkarlanmamış koronavirus tapılıb.

Alimlər onu CCoV-HuPn-2018 adlandırıblar.

Yayımlanmış tədqiqatda qeyd edilir ki, əvvəllər yalnız itlərə yoluxan CCoV-HuPn-2018 insanlara keçməyə başlayıb.

Virusun insandan insana keçə biləcəyi və insan immunitetinin bunun öhdəsindən necə gələcəyi hələ məlum deyil.

Əgər epidemioloji tədqiqatlar təsdiq edilsə, bu artıq insanların xəstələnməsinə səbəb olan səkkizinci koronavirus olcaq./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun