Tibbi xəbərlər
İtdirsəyi çıxan zaman nə etmək lazımdır?
Tibbi xəbərlər
468

İtdirsəyi çıxan zaman nə etmək lazımdır?

İtdirsəyi - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

İtdirsəyi həmçinin badamcıq, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və bir sıra digər xəstəliklər fonunda yaranan problemdir.

E-saglam.az xəbər verir ki, itdirsəni sıxmaq, onun üzərinə sidik və ya müxtəlif məhlullar çəkmək olmaz. Onunla ehtiyatsız davranışlar görməni ciddi mənada zədələyə bilər.

Vacib məqam isə itdirsəyini sıxıb çirkini çıxarmamaq, ora çirkli əl, dəsmal sürtməməkdir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında meydana çıxan ağrılı nöqtə ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. İki-üç gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq” əmələ gəlir. Bu zaman irin xaric oluna bilər. Eyni zamanda bir neçə itdirsəyi əmələ gələr və onların birləşməsi baş verərsə, bu zaman xəstənin ümumi vəziyyəti ağırlaşa bilər. Xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yarana bilər. Belə olduqda mütləq olaraq oftalmoloqa müraciət etmək lazımdır.(yenisabah.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun