Xəstəliklər
İt və pişikdən insana keçə biləcək
Xəstəliklər

İt və pişikdən insana keçə biləcək xəstəliklər

İt və pişiklə oynamağı, onlarla vaxt keçirməyi çox insan sevir. Lakin küçə it və pişiyindən insana müxtəlif növ xəstəlik keçə bilər.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, ev heyvanlarında olan qurd mənşəli törədicilər, Exinokokkoz parazit xəstəliyini, xüsusilə pişiklərdə olan Bartonella törədiciləri bakteriyaları insanlara ötürür:

“Belə ki, bu xəstəlikdə bitlər və birələr əsas faktor rolunu oynayır. Pişiklərin dırnaq vasitəsi ilə insan dərisinə təması və cırmağın yaranması nəticəsində həmin bakteriyalar insan orqanizminə sirayət edə bilər ki, bu zaman insanlarda yüksək temperatur, halsızlıq, iştahasızlıq və cırmaq nahiyəsində şişkinlik, absesin yaranmağı müşahidə olunur. Bu halda təxirə salınmaz ilkin tibbi yardım məqsədi ilə yara nahiyəsi bol su və sabunla yuyulmalı və ən yaxın tibb müəssisəsinə müraciət edilməlidir. Onu da deyim ki, sahibsiz heyvanlardan insanlara keçən exinokokkoz qurdları insanın qarın boşluğuna, eləcə də ağciyərlərə və plevraya keçir. Bu hal insan həyatı üçün daha təhlükəlidir".

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun