Xəstəliklər
İsti yanaqlar təhlükəli xəstəliyin
Xəstəliklər
371

İsti yanaqlar təhlükəli xəstəliyin əlaməti ola bilər

Alimlər müəyyən ediblər ki, üz temperaturu vasitəsilə insanın yaşını, yüksək qan təzyiqi və diabet kimi xəstəlikləri müəyyən etmək olar.

E-saglam.az xəbər verir ki, məlumata görə, həkimlər 21 yaşdan 88 yaşa qədər 2 800 çinli pasiyentin üz temperaturunu tədqiq ediblər. Yaşlılar gənc iştirakçılara nisbətən daha soyuq burun və daha isti göz bölgəsinə malik olublar. Hipertoniyası olanların yanaqları, şəkərli diabet və qaraciyər yağlanması da daxil olmaqla metabolik pozğunluqları olan insanların göz bölgələri yaşıdlarına nisbətən daha isti olub.

Alimlər 23 pasiyentdən hər gün 800 dəfə iplə tullanmağı tapşırıblar. İki həftədən sonra onların "termal yaşı" beş il azalıb.

Müəlliflər üz temperaturunun ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdırmağı planlaşdırırlar. Alimlərin kəşf etdiyi temperatur fərqlərini toxunmaqla hiss etmək çətindir, ona görə də onlar süni intellekt və istilik xəritələrindən istifadə ediblər.

Mənbə: Gazeta.ru /Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun