Onkoloq Yevgeni Çeremuşkin yay aylarında isti ölkələrdə istirahətin sağlamlıq üçün gözlənilməz risklər daşıdığını bildirib.
E-saglam.az xəbər verir ki, aif.ru-ya danışan həkim, xüsusilə günəş şüalarının təsiri ilə xərçəng riskinin artdığını vurğulayıb.
Çeremuşkinin sözlərinə görə, yay aylarında ultrabənövşəyi şüalanma daha güclü olur və buna uzun müddət məruz qalmaq immun sistemini zəiflədir. Saat qurşağının dəyişməsi və uçuş stresləri də bədənə əlavə yük salır. Nəticədə immunitet zəifləyir və bu, bəzi şişlərin yaranmasına və ya mövcud olanların aktivləşməsinə səbəb ola bilər.
Həkim xəbərdarlıq edib ki, bir çox xərçəng növü uzun müddət əlamət vermədən inkişaf edir. Bu səbəblə o, xüsusilə yay istirahətindən sonra müntəzəm tibbi yoxlanışdan keçməyi və bədəndəki kiçik dəyişikliklərə belə laqeyd yanaşmamağı tövsiyə edib.
Tərcümə: Könül Oruc