Xəstəliklər
İsti havada təzyiq düşürsə nə etmək lazımdır? - Məsləhətlər
Xəstəliklər

İsti havada təzyiq düşürsə nə etmək lazımdır? - Məsləhətlər

İsti havada damarlar genişlənir və bu da arterial təzyiqin enməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bu əsasən hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkən insanlarda baş verir. Lakin sağlam insanlarda da belə hal mümkündür.

Təzyiqin enməsinin simptomları bunlardır:

- ani zəiflik, yorğunluq

- başgicəllənməsi

- təngənəfəslik

- qulaqlarda küy

- gözlərin qaralması

- nəbzin tezləşməsi

Aşağı təzyiqi normallaşdırmaq üçün sadə vasitələri təqdim edirik:

- 1 stəkan adi su için (soyuq olmamalıdır). Bir çox hallarda susuzalşma təzyiqin düşməsinə səbəb olur.  

- təzə qara və ya yaşıl çay için

- 1 fincan ilıq suya 1 çimdik darçın və 1 çay qaşığı bal əlavə edin, qarışdırın və için

- ağzınıza bir çimdik duz qoyun və onu yavaş-yavaş sovurun (su içməyin)

- eleuterokokk və ya jenşen damçıları yaxşı kömək edir (10-20 damcı)

- qulaqlarınızı yaxşı-yaxşı sürtün

- boyun nahiyyəsini massaj edin

- bəzi dərmanlar (məsələn, kofein, sitromon) təzyiqi qaldırır. Lakin bu dərmanları verdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.  

Təzyiqin kəskin düşməsi nəticəsində insan bayıla və hətta komaya düşə bilər. Bu səbəbdən insanın vəziyyəti tez ağırlaşırsa dərhal təcili yardım çağırın. O vaxta qədər insanı düz səthə uzandırın, ayaqlarını bir qədər qaldırın (məsələn, yastığın üzərinə qoyun) ki, başı aşağıda olsun, kəmərini, boyun düymələrini açın, təmiz havanın axınını təmin edin./saglamolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun