Yüngül şorba, tərəvəz, sitrus və turş meyvələr isti havada yeyilməsi ən çox məsləhət görülən qidalardır.
E-saglam.az xəbər verir ki, bu barədə rusiyalı dietoloq Yelena Solomatina "Moskva 24" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, isti havada nahar vaxtını saat 17-18-ə çəkmək tövsiyə olunur.
Solomatina yüngül qidalardan istifadə etməyi və az porslarla yeməyi məsləbət görür.
Qatıqla hazırlanan doğramac da yay yeməklrindən hesab olunur. Sulu yeməklər aclıq hissini yatırtmaqla yanaşı, orqanizmin maye tələbatını təmin edir. Onların tərkibindəki tərəvəzlər kalium, kalsium, maqneziumla və günəşin zərərli təsirinin qarşısını almaq üçün lazım olan çox sayda antioksidantlarla zəngindir.
Sitrus yeməkləri, xiyar və giləmeyvə orqanizmi sərinlədir. Ağız suyunun ifrazına səbəb olan turş məhsullari da isti havada yemək məsləhətdir, çünki onlar susuzluğu azaldır.
Üstəlik, bu məhsullardakı su adi içdiyimiz sudan daha tez bədənə sovrulur və əlavə enerji sərf edilmir.
İsti havada düzgün qidalanmamaq orqanizmin daha çox enerji sərf etməsinə səbəb ola bilər. Belə havada ağır yeməklərdən istifadə etmək istidə ağır fiziki iş görməyə bərabərdir. Bu da ürək və digər orqanlar üçün əlavə yükdür.
"İstidə bədəndəki qan qatılaşır. Bu, isti vurmasına səbəb ola bilər. Pomidor və giləmeyvə kimi məhsullar qanı duruldur", - deyə dietoloq qeyd edib.