Faydalı
İsti havada narahat yatmağın səbəbləri
Faydalı

İsti havada narahat yatmağın səbəbləri

Somnoloqun bildirdiyi kimi, isti havada yuxu keyfiyyətinin aşağı düşməsi yayılmış fenomendir. Gecə termometrdə civə 20 dərəcədən yuxarı göstərdikdə, istilik yuxu keyfiyyətinə birbaşa təsir göstərməyə başlayır.

E-saglam.az bildirir ki, Finlandiya Somnoloji Cəmiyyətinin rəhbəri Anu Muraya-Murro deyir: "İstiliyin çox olması yuxu axınını pozur və bununla da bizə daha az enerji verir".

İsti gecələrdə bədən istiliyi yüksəlir, ürək və qan təchizatı sistemi həmişəkindən daha çox yüklənir. Ürək istilik ötürməsini artırmaq və bədəni sərinlətmək üçün dəri və əzalara daha çox qan vurmalı olur. Murronun sözlərinə gösə, istidə bədəndə yüklənmə baş verir, məhz bu yuxu keyfiyyətini pozmasına səbəb olur.

Gecə istidən oyanmaq yuxu bioritmlərini poza bilər. "İstilik yuxunun quruluşunu pozur, bu da dövrlərin nizamının pozulmasına gətirib çıxarır. Normal gecədə əvvəlcə yüngül yuxu, sonra dərin yuxu və daha sonra sürətli mərhələ başlayır. Bu yuxu mərhələləri dövrü olaraq təkrarlanır. Sürətli mərhələdə insan daha çox yuxu görür. Murronun qeyd etdiyi kimi, axşam keyfiyətsiz yuxu saatlarından sonra, səhər yorğunluğu ilk növbədə bioritmlərin pozulması ilə əlaqələndirilir.

Hələ beş il əvvəl həkimlər və tədqiqatçılar yuxu zamanı xüsusi bir şeyin baş verməməsinə, sadəcə bədənin istirahət etdiyindən əmin idilər. İndi bu fikir dəyişib. Yuxu vaxtı beyində aktiv təmizlənmənin getməsinin meydana gəlməsi sübut edilib. Bədən serebrospinal mayeni beyinə yönəldir və limfatik sistem sözün əsl mənasında onu təmizləyir. Bu sistem dərin yuxu mərhələsində beyindəki artıq maddələri xaric edir. Dərin yuxu mərhələsi pozulursa və ya baş vermirsə, beyin gecə "təmizlənmir". Bu səbəbdən insan səhər özünü gümrah hiss etmir. // Deyerler.org

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun