Tibbi xəbərlər
İsmayıllıda əlverişsiz hava şəraitinə görə qadın körpəsini təcili yardım maşınında dünyaya gətirdi
Tibbi xəbərlər
244

İsmayıllıda əlverişsiz hava şəraitinə görə qadın körpəsini təcili yardım maşınında dünyaya gətirdi

İsmayıllı rayon Zərnəva kənd sakinləri doğuş üçün yaxınlarını gecə saatlarında şəxsi avtomobil vasitəsilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına apararkən yağıntılı - əlverişsiz hava şəraiti səbəbindən avtomobil yol keçilməz olduğuna görə Təcili tibbi yardım stansiyasına çağırış veriblər.

Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib. 

Çağırışa uyğun olaraq təcili tibbi yardım briqadası rayon mərkəzindən 21 km uzaqlıqda yerləşən əraziyə yollanıb. Hamilə qadın Zərnava körpüsü üzərindən piyada keçirilərək, təcili yardım briqadasına təhvil verilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar təcili tibbi yardım briqadası doğuş prosesini elə yolda, təcili tibbi yardım avtomobilində gerçəkləşdirib.

Həkim-ginekoloq Afaq  Mirzəyeva və mama İlhamə Adıgözəlovanın iştirakı ilə gecə saat 01:30 radələrində doğuş prosesi yekunlaşıb və bir oğlan uşağı dünyaya gəlib.

Tibbi briqadadan verilən məlumata görə, gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən avtomobillə hər iki tərəfə keçid mümkünsüz olub.

Həkim-ginekoloq Afaq  Mirzəyeva:

"Həmin kənd körpüdən 9 km aralıda yerləşir. Hamilə qadını körpüyə kimi özləri şəxsi avtomobilləri vasitəsilə gətiriblər. Kənddən körpüyədək 9 km onlar gəliblər, xəstəxanadan körpüyə kimi isə bizim təcili tibbi yardım avtomobili gəlib. Təsəvvür edin ki, yaxınları hamilə qadını o cür yağışlı havada körpüdən piyada çətinliklə keçirdilər və bizə təhvil verdilər. Çox çətin bir vəziyyət idi, artıq uşağın doğuş prosesi gecikirdi və riskləri nəzərə alaraq doğuşu təcili yardım avtomobilində gerçəkləşdirdik".

Xəstəxanaya çatdırılan ana və körpəni Ginekologiya və doğum şöbəsinin tibbi heyəti müayinə edib. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

E-saglam.az

 






 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun