İsmayıllıda 6 aylıq uşaq plastik dırnaq udub, nəfəs borusunda ilişib qalıb
İsmayıllıda 6 aylıq uşaq plastik dırnaq udub, nəfəs borusunda ilişib qalıb

6 aylıq uşaq bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu ağzına salıb və dırnaq onun boğazının bir yerində ilişib qalıb.

E-saglam.az xəbər verir ki, hadisə İsmayıllı rayonunda baş verib. 

Belə ki, çətinliklə üzləşən valideynlər həkimə müraciət edənə qədər uzun müddət tibbi yardım ala bilməyiblər.

Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynovun sözlərinə görə, onlara müraciət edəndə uşaq artıq nəfəs almaqda çətinlik çəkirmiş və onun oksigenlə doyma səviyyəsi cəmi 70-80% olub: "Dırnaq nəfəs borusuna ilişib, uşaq nəfəs alıb yesə də, bu çox ağır vəziyyət idi. Körpənin vəziyyətinin ağır olduğunu və yüksək ölüm riskini nəzərə alaraq, təcili bronxoskopiya aparılmasına qərar verildi. Operativ köməyimiz sayəsində dırnağı nəfəs borusundan ehtiyatla çıxara bildik". 

Həkim bildirib ki, bu cür hal azyaşlı uşaqlara daimi nəzarətin və təhlükəli ola biləcək kiçik əşyalarla oynamalarına yol verməməyin vacibliyini bir daha vurğulayır. 

Könül Oruc

E-saglam.az