American Journal of Epidemiology-də dərc olunan bu yaxınlarda aparılan bir araşdırma, tətil olmadan uzun saatlarla işləyən insanların xroniki alkoqolizmdən əziyyət çəkənlərə nisbətən daha qısa ömür sürdüyünü müəyyən etdi.
E-saglam.az xəbər verir ki, tədqiqatda 45-64 yaş arası 749 qadın iştirak edib və onlar 20 ilə yaxın uzunmüddətli müşahidəyə razılaşıblar. Alimlər iş fəaliyyəti və pis vərdişlər haqqında məlumat toplayaraq iştirakçıların həyat tərzini təhlil ediblər.
Nəticələr təsdiqlədi ki, istirahətin olmaması sağlamlıq üçün ciddi təhlükə yaradır. Uzun saatlarla işləyən qadınlar alkoqol asılılığı ilə mübarizə aparanlardan daha qısa ömür sürürlər.
Mütəxəssislər ürək-damar xəstəliklərinin, o cümlədən infarktların inkişaf riskini əhəmiyyətli dərəcədə artıran daimi yorğunluğun nəticələrinə xüsusi diqqət yetiriblər. Belə bir xəstəliyi təhrik etmək üçün hər gün üç saat əlavə iş kifayətdir.
Tərcümə: Könül Oruc