Tibbi xəbərlər
İşçi Qrup COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərini hazırlayacaq
Tibbi xəbərlər
150

İşçi Qrup COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərini hazırlayacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb.

E-saglam.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İşçi Qrupun təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar”ı qəbul olunub.

“Bu Qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib. Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq”, - Nazirlikdən bildirilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun