Almaniyada ilk ölüm hadisəsi pişik sahibləri üçün ciddi xəbərdarlıq siqnalıdır.
E-saglam.az xəbər verir ki, Almaniyada pişikdən insana keçən təhlükəli virus – Borna Xəstəliyi Virusu 1 (BoDV-1) səbəbilə bir nəfər dünyasını dəyişib. Bu hadisə xüsusilə pişik saxlayanlar üçün ciddi xəbərdarlıqdır.
Virus siçanlarda olur, pişiklər isə ov zamanı bu gəmiricilərlə təmasda olaraq onu evə gətirə bilirlər. Pişiklərin ağzı, tükləri və ov qalıqları virusun insanlara ötürülməsi üçün risk daşıyır.
Mütəxəssislərin sözlərinə görə, bu virus insanda əvvəlcə yüngül qızdırma və baş ağrısı ilə başlayır, lakin sürətlə ağırlaşaraq əzələ iflici, nöbet və koma ilə nəticələnə bilər. Təəssüf ki, virusun nə peyvəndi, nə də təsirli müalicəsi yoxdur.
Pişik sahiblərinə vacib xəbərdarlıq:
Ölü və ya xəstə siçanlara əl vurmayın, əlcəkdən istifadə edin
Pişiklə təmasdan sonra əllərinizi sabunla ən azı 20 saniyə yuyun
Ov qalıqlarını atarkən əlcək və lazım olduqda maska taxın
Pişikdə qəribə davranışlar, yeriş pozğunluğu və çaşqınlıq görsəniz, baytara müraciət edin
Özünüzdə qızdırma, baş ağrısı və nevroloji əlamətlər hiss etsəniz, dərhal həkimə gedin
Mütəxəssislər xəbərdarlıq edir:
“Ən yaxşı qorunma yolu – pişiklə və gəmiricilərlə təması düzgün idarə etmək və gigiyenaya ciddi yanaşmaqdır”.
Tərcümə: Könül Oruc