Xəstəliklər
İnsanlar "ətyeyən bakteriya"ya görə əl-ayaqlarını itirirlər -
Xəstəliklər

İnsanlar "ətyeyən bakteriya"ya görə əl-ayaqlarını itirirlər - Floridada nə baş verir?

ABŞ-nin Florida ştatında "Helen" və "Milton" dağıdıcı qasırğalarından sonra əsl kabus yaşanır. Belə ki, geniş miqyaslı dağıntı və daşqınlarla yanaşı, təbii fəlakət görünməz, lakin ölümcül təhlükə - "Vibrio vulnificus" bakteriyasını da gətirib.

E-saglam.az-ın "USA Today" qəzetinə istinadla verdiyi məlumata görə, bu barədə Florida Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, "ətyeyən bakteriya" kimi də tanınan bu infeksiyaya ümumilikdə 74 yoluxma halı qeydə alınıb, bunlardan 13-ü ölümlə nəticələnib.

"Vibrio vulnificus" isti sahil sularında yaşayan vibriobakteriyadır. Yoluxma çirklənmiş suyun udulması və ya açıq yaralara düşməsi nəticəsində baş verir.

"Ətyeyən bakteriya" yara ətrafındakı dəri və yumşaq toxumaların sürətlə məhv olmasına səbəb ola bilir, bu isə ətrafların amputasiyasına və ya hətta ölümə gətirib çıxarır.

Xəstəliyin əlamətlərinə ishal, mədə spazmları, ürəkbulanma, qusma, qızdırma, üşütmə, aşağı qan təzyiqi və dəridə qabarcıqlar daxildir. Müalicə antibiotiklərlə aparılır, lakin ağır hallarda infeksiyanın yayılmasının qarşısını almaq üçün amputasiya tələb oluna bilər. (oxu.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun