Xəstəliklər
“İnsanlar düşünməsin ki, maska qərarı nəyisə həll edəcək”
Xəstəliklər

“İnsanlar düşünməsin ki, maska qərarı nəyisə həll edəcək”

“Virusun insanlar üzərindəki psixoloji təsirini azaltmaq üçün hansısa qərarlar verilə bilər”.

E-saglam.az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.

“Epidemioloji vəziyyət nəzarətdə və reanimasiyalardakı boş yataq sayı bəlli səviyyədə olduğu müddətdə təmasın minimal olduğu açıq havada maskadan istifadə ilə bağlı hansısa qərarlar verilə bilər. İnsanlar düşünməsin ki, maska qərarının verilib-verilməməsi nəyisə həll edəcək.

Bu, ötən il kimlərsə maskanın vacib olmadığını deyibsə, indi onların haqlı olması demək deyil. Koronavirus həyatımızda uzun müddət qalacaq. Yəqin ki, bugünkü vəziyyət dünyada və ölkəmizdə hökumətlərin mərhələli şəkildə yumşaldılma qərarları verməsinə imkan yaradacaq”, - o bildirib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun