Uzunömürlülük üçün əsas məqam hüceyrələrin yenilənməsidir. Bunun üçün kifayət qədər və müntəzəm yuxu, balanslı qidalanma və doğru əlavələr vacibdir.
E-saglam.az-ın məlumatına görə, biokimya üzrə mütəxəssis Dr. Ayşegül Çoruhlu bildirir ki, yaşlanmanın qarşısını almaq bu gün başlamaq lazımdır – 40 yaş sabahkı 60, 60 yaş isə 80 yaş deməkdir.
Yeni nəsil, emal olunmuş qidalar və həyat tərzi səbəbindən daha tez qocalır. 50 yaşdan sonra xəstəliklərin riski artır, buna görə qocalma bir xəstəlik kimi qəbul edilməli və profilaktik tədbirlər görülməlidir. Laboratoriya şəraitində insanların hüceyrələri 122 il bərpa oluna bilər, lakin həyat tərzi və ətraf mühit ömrü məhdudlaşdırır.
Səhər yeməyi vacibdir, şam yeməyi isə minimal olmalıdır. Yuxu hüceyrələrin bərpasında kritik rol oynayır. Genlər tale deyil; düzgün qidalanma, vaxtında müayinə və sağlam həyat tərzi ömrü uzadır.
Ramazan və ya normal günlərdə yemək seçimində tərəvəz, zeytun yağı, ət, yumurta və balanslı qidalar üstünlük təşkil etməlidir. Gün ərzində son yemək saat 17:00-dan gec olmamalıdır. Ölçü lentindən istifadə edərək bədən ölçüsünü izləmək, tərəzi unudmaq tövsiyə olunur.
Yeni qida piramidasında heyvan zülalları, yağlar və tərəvəzlər yuxarıda, un və dənli bitkilər isə aşağıda yerləşir. Yaponların uzunömür sirri isə yavaş yemək, dəniz məhsulları və stresssiz həyat tərzidir.
Tərcümə: Könül Oruc