Faydalı
İnsanın boğazında yemək qalanda nə etmək lazımdır?
Faydalı

İnsanın boğazında yemək qalanda nə etmək lazımdır?

Adətən insanın boğazında yemək qalanda ətrafdakılar onun belindən vurmağa başlayır ki, ilişmiş tikə çıxsın.

Lakin mütəxəssislərin fikrinə görə, bu üsul nəinki kömək etmir, əksinə vəziyyəti daha da ağırlaşdıra bilər. Yad cisim yerini dəyişdirib nəfəs yollarını tam bağlaya bilər ki, bu boğulma ilə nəticələnə bilər.

Odur ki, boğazınızda nə isə qalıbsa qabağa əyilib möhkəm öskürmək lazımdır. Adətən bu kömək edir və yad cism çıxır.

Əgər insan öskürə bilmirsə, bu o deməkdir ki, yad cism onun nəfəs yollarını tam bağlayıb. Bu zaman insan nəfəs ala bilmir, onun üzü göyərməyə başlayır. Belə vəziyyətdə Qreymlix üsulundan istifadə edin. Bunun üçün nə etməli? Saglamolun.az Qreymlix üsulunun texnikası ilə sizi tanış edir.

Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.

Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.

Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır.

Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.

Nəzərə almaq lazımdır ki, Qreymlix üsulu 1 yaşına qədər uşaqlarda tətbiq olunmur. Bu onlarda daxili orqanların ağır zədələnməsinə səbəb ola bilər.

Mənbə: saglamolun.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun