Tibbi xəbərlər
İnqilabi müalicə: Kor xəstəyə
Tibbi xəbərlər

İnqilabi müalicə: Kor xəstəyə öz dişi implantasiya edildi

Kanadada ilk dəfə olaraq osteo-odontokeratoprotez (OOKP) əməliyyatı uğurla həyata keçirilib.

E-saglam.az xəbər verir ki, Brent Çapman görmə qabiliyyətini bərpa etmək üçün gözünə öz dişinin implantasiya edildiyi bu prosedurdan keçən ilk xəstələrdən biridir.

Əməliyyat iki mərhələdə aparılır: əvvəlcə xəstənin dişi çıxarılıb linza yerləşdirilir və yanağa yerləşdirilir. Bir neçə aydan sonra diş gözün önünə implantasiya edilir. Prosedur infeksiya riski daşısa da, 2022-ci ildə aparılan araşdırmaya görə, xəstələrin 94%-i əməliyyatdan sonra görmə qabiliyyətini qoruyub.

13 yaşında hər iki gözünü itirən Çapman, bu müalicənin ona yenidən görmək imkanı verəcəyinə ümid edir. Dr. Greg Moloney bu proseduru Kanadada daha geniş yaymaq və OOKP klinikası açmaq niyyətindədir. Bu, xaricə getmədən görmə müalicəsi almaq istəyən xəstələr üçün yeni imkanlar yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun