Tibbi xəbərlər
İngiltərədə qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb - DƏHŞƏT +
Tibbi xəbərlər
184

İngiltərədə qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb - DƏHŞƏT + FOTO/VİDEO

İngiltərədə 49 yaşlı Liz Merser həkimlərin səhv diaqnozu səbəbindən burunsuz qalıb.

E-saglam.az xəbər verir ki, hadisə Böyük Britaniyanın Liverpul şəhərində baş verib.

Qadın daimi burun tutulması və baş ağrıları şikayətləri ilə həkimlərə müraciət edib. Həkimlər onda zökəm olduğunu düşünüblər və müvafiq müalicə yazıblar.

“Bunun xərçəng olduğuna əmin idim, çünki burnum formasını itirməyə başlamışdı. Əvvəllər burnum tamamilə düz idi, ancaq artıq burnum yana doğru əyilir, şişir və qızarırdı”, - deyə Merser bildirib.

Xəstəyə xərçəng diaqnozu qoymaq üçün həkimlərə, demək olar ki, il yarım vaxt lazım olub. Lakin bu zamana qədər şişin ölçüləri böyüyüb və ondan ancaq burunla birlikdə qurtulmaq mümkün olub.

“Əməliyyatdan sonra özümü ilk dəfə görmək çox qorxunc idi və buna öyrəşməyim uzun sürdü”, - deyə qadın etiraf edib.

 

Tərcümə: Oxu.az

Mənbə: The Sun

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun