Xəstəliklər
İngilis həkim xəbərdarlıq etdi!
Xəstəliklər

İngilis həkim xəbərdarlıq etdi! Bu əlamət diabetin ayaq səsidir

Britaniyalı həkim Rob Ormerod xəbərdarlıq edib ki, illər ərzində eşitmə itkisi diabetin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, yaşlandıqca itirilən eşitmə qabiliyyətinin ümumiyyətlə ictimaiyyət tərəfindən kifayət qədər nəzərə alınmadığını deyən mütəxəssis bunun diabetin ilkin əlamətlərindən biri ola biləcəyini bildirib.

Tədqiqatlar göstərir ki, diabet xəstələrinin eşitmə itkisi ilə üzləşmə ehtimalı iki dəfə çoxdur. Əgər söhbətləri izləməkdə çətinlik çəkirsinizsə və cihazlarınızın səsini çox artırırsınızsa, bu, eşitmə ilə bağlı problem olduğunu göstərə bilər.

Mütəxəssis qeyd edib ki, eşitmə itkisi, diaqnozu qoyulmamış bir diabetinizin ola biləcəyinin yalnız bir əlamətidir: "Buna görə də əmin olmaq üçün bir mütəxəssisdən kömək almaq faydalı olar". 

O, həmçinin bildirib ki, şəkər xəstələrinin yaşadığı yüksək və aşağı qan şəkəri səviyyələri qan axınına təsir edə bilər və daxili qulaqdakı qan damarlarına zərər verə və qulağınıza gələn sinir siqnallarına təsir edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun