"Hamiləlik zamanı qripə yoluxma dölün ölümü ilə nəticələnə bilər".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, hamiləlik zamanı qripə yoluxma bir çox fəsadlarla özünü büruzə verir: "Həmin fəsadlar sırasına vaxtından əvvəl və çəkisi az olan körpənin doğulması da daxildir. Əgər hamiləliyin erkən dövründə qripə ağır yoluxma halı baş verirsə, bu zaman infeksiya döldə anomaniyaları inkişaf etdirə bilər. Bu da nadir hallarda baş verir. Yenə də risk var. Qripin ağırlaşmış forması hətta dölün ölməsinə də səbəb ola bilər. Bunun rastgəlmə tezliyi çox deyil. Hamilələr xəstə şəxslərlə təmasdan çəkinməli, payız-qış mövsümündə əhalinin sıx toplaşdığı yerlərdə olmamalıdır”.