
Azərbaycanda səhiyyə sistemi düzgün inkişaf istiqamətində gedir.

E-saglam.az xəbər verir ki, bu barədə tanınmış infeksionist Polina Əliyeva Həmid Həmidovun “Danışaq?” verilişində deyib.
Onun sözlərinə görə, Azərbaycanın de-yure əla səhiyyə sistemi var: “Bəzi ölkələrin 20-30 ildə edə bilmədiklərinə nail olduq. Bizdə çatışmayan yaxşı, gənc, səriştəli, regionlarda işləməyə hazır mütəxəssislərdir. Bakıda isə kadrlarla bağlı problem yoxdur”, - o vurğulayıb.
P.Əliyeva stereotiplərlə bağlı bir sıra məsələlərə də toxunub: “Biz gənc həkimin rəhbər vəzifə tuta bilməyəcəyi stereotipini aradan qaldırmalıyıq. Mən bütün həkimlərin təcrübə və bacarıqlarına tam hörmətlə yanaşıram, lakin pandemiyanın bizə göstərdiyi kimi, çoxlu sayda mütəxəssislərə ehtiyacımız var”. /Report