Xəstəliklər
İnfarktın əsas əlaməti TAPILDI: Bu ağrı qarına yayılırsa.. - VİDEO
Xəstəliklər
122

İnfarktın əsas əlaməti TAPILDI: Bu ağrı qarına yayılırsa.. - VİDEO

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti infarktın panik atakdan fərqini açıqlayıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Express" nəşri məlumat yayıb.

Qeyd olunub ki, panik atak öz-özlüyündə sağlamlıq üçün böyük təhlükə yaratmır, infarkt isə ölümcül ola bilər.

Əgər insanda müəyyən edilməyən səbəbdən böyük qorxu hissi varsa, bu həm panik atakın, həm də infarktın əlaməti ola bilər. Eyni zamanda sinə ağırsı, ürəkbulanma və nəfəs darlığı da hər iki xəstəliyin simptomudur.

Bununla belə, əgər sinə ağrısı bədənin digər hissələrinə - sol qol, boyun, çənə, bel və qarın nahiyəsinə yayılırsa, bu infarktın əlamətidir. İnfarkt zamanı ürəkbulanma ilə yanaşı qusma, öskürək və tərləmə də olur.

Panik hücum zamanı isə insanlarda üşümək və ya yüksək temperatur olur, ürək döyüntüsü tezləşir, titrəmə olur, boğulma hissi yaranır, ağız quruluğu və qulaqlarda küy əmələ gəlir./publika.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun