Yandex watch
İnfarktın 1 ay əvvəldən ortaya çıxan

İnfarkt dünyada ən çox rast gəlinən ölüm səbəblərindən biridir. Tədqiqatlar göstərir ki, infarktdan bir neçə həftə əvvəl bədən müəyyən siqnallar verir.

Emlakbazari.az

E-saglam.az infarktdan bir neçə həftə əvvəl bədənin verdiyi müəyyən siqnalları təqdim edir:

Davamlı yorğunluq
Kifayət qədər dincəlməyə baxmayaraq yorğunluq hiss edirsinizsə, bu, ürəyə qan axınının azalması ilə bağlı ola bilər. Bədən enerjini əsas funksiyalara yönəldərək insanın özünü zəif hiss etməsinə səbəb olur.

Sinə nahiyəsində təzyiq və narahatlıq
İnfarktdan həftələr əvvəl sinədə təzyiq, sıxılma və yüngül narahatlıq hiss oluna bilər. Bu simptomlar bir müddət gəlib gedə bilər və ciddiyə alınmalıdır.

Səbəbsiz narahatlıq və panik ataklar
Bəzi insanlar infarktdan əvvəl heç bir səbəb olmadan narahatlıq və ya panik atak yaşadıqlarını bildirir. Xüsusilə döş qəfəsində sıxılma və nəfəs darlığı ilə müşayiət olunursa, bu, infarkt əlaməti ola bilər.

Yuxu problemləri
Gecə tez-tez oyanmaq, yuxuya getməkdə çətinlik çəkmək və ya səhər yorğun oyanmaq infarktın xəbərdaredici əlamətlərindən ola bilər.

Nəfəs darlığı
Gündəlik fəaliyyətlər zamanı nəfəs darlığı yaşamaq və ya gecə nəfəssiz qalaraq oyanmaq ürəkdə problem ola biləcəyinə işarədir.

Bədənin aşağı hissəsində şişkinlik
Ayaq, topuq və ya ayaqlarda şişkinlik ürəyin qanı düzgün pompalaya bilməməsi nəticəsində mayenin toplanması ilə əlaqəli ola bilər.

Diqqətli olun!
Bu simptomlardan hər hansı biri davamlıdırsa, vaxtında həkimə müraciət edin. Yüngül simptomlara məhəl qoymamaq ciddi nəticələrə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az