Tibbi xəbərlər
İnfarktdan sonra spirtli içki qəbul etmək olarmı?
Tibbi xəbərlər

İnfarktdan sonra spirtli içki qəbul etmək olarmı? Həkim açıqladı

Piroqov Universitetinin Analıq və Uşaqlıq İnstitutunun fakültə terapiyası kafedrasının dosenti, tibb elmləri namizədi Fyodor Evdokimov infarktdan sonra spirtli içki qəbul etməmək daha yaxşıdır.

E-saglam.az xəbər verir ki, bu fikirləri o, aif.ru saytına müsahibəsində bildirib.

Həkim qeyd edib ki, bir çox insanlar ürək-damar sistemi üçün faydalı olan bir növ spirt olduğuna əmindirlər. O hesab edir ki, bu fikir tədqiqatların nəticələrinə əsaslanır ki, ona görə quru qırmızı şərab içmək koronar damarların gərginliyini rahatlaşdırmağa kömək edir və bununla da miokardın qidalanmasını yaxşılaşdırır.

Bununla belə, Evdokimovun sözlərinə görə, tam eyni araşdırmalar adi üzüm şirəsinin eyni təsirə malik olduğunu, yəni ürəyə müsbət təsirə spirtin deyil, üzümün tərkibindəki maddələrin səbəb olduğunu göstərdi. “Prinsipcə, spirtli içki qəbul etməməlisiniz. Bu lazımsızdır”, - deyə həkim yekunlaşdırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun