Xəstəliklər
İnfarkt üçün yeni RİSK FAKTORU -
Xəstəliklər

İnfarkt üçün yeni RİSK FAKTORU - Qurtuluş yolu yoxdur

Səs-küylü ərazidə yaşamaq infarkt riskini artıra bilər və infarktdan sağ çıxanların sağlamlığını da pisləşdirə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə “HealthDay” Avropada aparılmış iki son araşdırmaya istinadla məlumat yayıb.

Alman tədqiqatçıları tərəfindən aparılan araşdırmada infarktla xəstəxanaya yerləşdirilən yaşı 50 və daha az olan 400 nəfərin məlumatları təhlil edilib. Onların arasında infarkt riski az olan insanlar da olub. Onların çoxu səs-küylü yerlərdə yaşayırmışlar. Bu, səs-küyün ənənəvi risk faktorları olmayan gənclərdə infarkt ehtimalını artıra biləcəyi anlamına gələ bilər.

Başqa bir araşdırmada infarktdan sonra 864 fransız xəstəsinin məlumatları araşdırılıb. Müəlliflər evlərinin hər birində səs-küy səviyyəsini ölçüblər. Orta hesabla, infarktdan sonra ağırlaşmaların inkişaf şansı gecə hər 10 desibel üçün 25% artıb. Müəlliflər yoxsulluq və havanın çirklənməsi də daxil olmaqla digər risk faktorlarını da nəzərə alıblar.

Alimlər vurğulayıblar ki, onların tapıntıları qəti deyil və daha geniş tədqiqatlarda təsdiqlənməlidir.(Publika.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun