Yandex watch
İnfarkt riskini öncədən necə başa düşmək olar? -

İnfarkt riski, bir çox amil tərəfindən təsirlənir. Siqaret çəkmək, piylənmə, şəkərli diabet və yüksək qan təzyiqi kimi faktorlar ürək-damar xəstəlikləri riskini artırır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, infarkt, sinənin ortasında yaranan güclü ağrı və təzyiq hissi ilə başlayır, bu ağrı bəzən sol qol, çiyin və çənəyə yayılır. Ayrıca, asan yorulma, məşq zamanı sinə ağrısı, ürək döyüntüsü və nəfəs darlığı da infarkt əlamətləri ola bilər.

İnfarkt riskini erkən başa düşmək, mütəmadi testlərlə mümkündür. Qan testləri xolesterol, trigliserid və şəkər səviyyələrini ölçməklə infarkt riskini müəyyən etməyə kömək edir.

Genetik faktorlar da əhəmiyyətlidir, çünki ailə üzvlərində ürək xəstəlikləri varsa, risk artar.

Ürək sağlamlığını qorumaq üçün bəzi sadə tədbirlər var. Stressi idarə etmək, meditasiya və nəfəs məşqləri ilə ürək sağlamlığını dəstəkləyə bilərik. Eyni zamanda, qan təzyiqi və xolesterini nəzarət altında saxlamaq vacibdir. Yuxu keyfiyyətinə də diqqət yetirmək lazımdır, çünki qeyri-kafi yuxu ürək xəstəliklərinə yol aça bilər.

Erkən diaqnoz və düzgün müdaxilə infarkt riskini azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az