Xəstəliklər
İnfarkt niyə daha çox səhərlər baş verir? -
Xəstəliklər
214

İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur

Araşdırmalar göstərir ki, səhər saatlarında infarkt riski 40% daha yüksəkdir. Ekspertlərin fikrincə, bu vəziyyətin arxasında tək bir səbəb yoxdur. Budur səbəblər...

E-saglam.az xəbər verir ki, araşdırmalar infarktların günün istənilən saatında baş verə biləcəyini göstərsə də, bu riskin ən yüksək olduğu vaxt səhər saatlarıdır. Mütəxəssislər hormonal dəyişikliklərə, susuzluğa və laxtalanma meylinə diqqət çəkirlər.

Ürək böhranı, ürəyin bir hissəsinə qan axınının qəfil tıxanması ilə baş verən həyati bir sağlamlıq problemidir. Lakin günün müəyyən saatlarında bu təhlükə daha da arta bilər.

American Journal of Hypertension-da dərc edilən bir araşdırma, səhər saat 6:00-dan günorta saatlarına qədər infarkt keçirmə riskinin digər saatlara nisbətən 40% daha yüksək olduğunu ortaya qoydu.

Oyanıq saatlarda bədəndə təbii olaraq ifraz olunan bəzi hormonlar ürək sağlamlığına birbaşa təsir edə bilər. Adrenalin, noradrenalin və kortizol kimi stress hormonlarının səviyyəsi xüsusilə səhər saatlarında artır. Bu hormonlar ürək dərəcəsini artırır və qan damarlarını daraldır ki, bu da ürəyə təzyiqi artıra və oksigenin çatdırılmasını azalda bilər.

Səhər saatlarında orqanizmdə PAI-1 (Plasminogen Activator Inhibitor-1) zülalının səviyyəsi ən yüksək səviyyəyə çatır. Bu zülal qan laxtalarını parçalayan fermentlərin təsirini azaldır. Yəni səhər saatlarında qan daha “yapışqan” olur və laxtalanma riski artır. Bu infarkt riskini tetikleyebilir.

Yuxu zamanı maye istehlakı dayandığından bədən təbii olaraq susuzlaşır. Bu, qanın sıxlığını artıra və dövranını çətinləşdirə bilər.

European Journal of Nutrition-da dərc edilən araşdırmaya görə, gənc və sağlam insanlarda hətta yüngül susuzlaşdırma ürək-damar xəstəlikləri riskini artıra bilər.

Mütəxəssislər xüsusilə səhər saatlarında infarkt riskinə qarşı aşağıdakı məsələlərlə bağlı xəbərdarlıq edir:

Günə başlayan kimi kifayət qədər su için.

Ani fiziki gücdən çəkinin, günə yavaş templə başlayın.

Oyandıqdan sonra ilk saatlarda stressi minimuma endirin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun