Qidalanma
"İmsaka oyanmaq, normal qidalanmaq mütləqdir" - Diyetoloq
Qidalanma

"İmsaka oyanmaq, normal qidalanmaq mütləqdir" - Diyetoloq

“Ramazan ayında oruc tutan və imsak etməyən şəxslər gün boyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir”.

E-saglam.az xəbər verir ki, bu barədə Modern.az-a diyetoloq-nutrisoloq Ofeliya Tahirova danışıb.

O qeyd edib ki, imsakda çox yemək məsləhət deyil, heç yeməmək isə sağlamlığımız üçün problem yarada bilər:

“Çünki imsak günün müəyyən hissəsinə kimi bədənimizin enerjili olmasını təmin edir. İmsakın əsas önəmi odur ki, seçdiyimiz qidalar bizi uzun müddətli tox və enerjili saxlasın. İmsak etməyən şəxslər gün boyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir”.

Diyetoloq xüsusilə vurğulayıb ki, metabolizmin çalışması üçün imsaka oyanmaq, normal qidalanmaq mütləqdir:

“İftarda və imsakda yeyilən yeməklərin enerji dəyərinin yüksək olması da vacibdir. Həmin qidalar bizim digər günlərdə də oruc tutmağımıza təsir edir. Sahura oyanmayan orqanizm enerjisiz və dözümsüz olur. Bunun üçün də imsak önəmlidir və metabolizmin çalışması üçün sahurda qidalanma mütləqdir”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun