Tibbi xəbərlər
İmmun sertifikatının vaxtı bitən şəxslər hansı müddətdə vaksin olunmalıdır?
Tibbi xəbərlər
238

İmmun sertifikatının vaxtı bitən şəxslər hansı müddətdə vaksin olunmalıdır?

İmmun sertifikatının müddəti bitən şəxslər iki ay ərzində 1 doza vaksin vurdurarsa vaksin sertifikatı ala bilər.

E-saglam.az bildirir ki, bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, PCR testi müsbət çıxan hər bir şəxsin 6 ay müddətində immun sertifikatı aktiv sayılır:

“İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay müddətində 1 doza vurdurmaq olar. İki ay müddətindən keçirsə artıq iki doza vurulmalıdır. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə 1 doza vurulması effektiv deyil. Çünki 8 aydan sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün 2 doza vurulmalıdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun