Xəstəliklər
İllərlə xəstəliyinə çarə tapılmadı:
Xəstəliklər

İllərlə xəstəliyinə çarə tapılmadı: Yalnız bir üsulla xilas oldu

E-saglam.az xəbər verir ki, Üstutar illərlə xəstəliyin keçməyəcəyinə inanıb, lakin Dermatologiya Mütəxəssisi Dr. Sena İnal Aptoula ilə görüşdükdən sonra həyatında dönüş nöqtəsi yaşayıb. Düzgün müalicə nəticəsində cəmi bir ay ərzində tam sağalıb. “Özümü sanki çətin bir dağa qalxıb zirvəyə çatmış kimi hiss edirəm. Artıq sədəf xəstəliyindən əsər-əlamət qalmayıb, bədənim tam təmizdir,” – deyə sevincini bölüşüb.

Sədəf xəstəliyi yoluxucu deyil!

Dr. Sena İnal Aptoula sədəfin yoluxucu olmadığını, lakin insanların bunu bilmədikləri üçün xəstələri təcrid etdiyini bildirib. O, xəstəliyin həm fiziki, həm də psixoloji yük daşıdığını, bəzi hallarda oynaqlara və daxili orqanlara da təsir göstərə biləcəyini vurğulayıb.

Güclü bioloji müalicə ilə qalıcı həll

Dr. Aptoula xəstənin daha əvvəl müxtəlif kremlər və iynələr istifadə etdiyini, lakin vəziyyətinin pisləşdiyini qeyd edib. O, bioloji müalicə üsulu tətbiq edərək birbaşa xəstəliyə səbəb olan molekulu hədəfə alıb və onu bloklayaraq müalicə edib. “Sədəfə səbəb olan maddələri bədəndə bağlayaraq sağalma əldə edirik. Müalicəni dərhal dayandırmır, bir müddət davam etdirərək xəstəliyi tam nəzarət altına alırıq,” – deyə bildirib.

Hazırda Murat Üstutar tam sağalıb və həyatı normal şəkildə davam etdirir. O, xəstəliyin müalicə olunmaz olduğuna dair inanışların yanlış olduğunu və düzgün həkim və müalicə ilə hər şeyin mümkün olduğunu vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun