E-saglam.az xəbər verir ki, şikayətləri yırtıq və öd daşı kimi qəbul edilsə də, son anda məlum olub ki, o, mədəaltı vəzi xərçəngidir və artıq xəstəlik son mərhələdədir. Düzgün diaqnoz qoyulduqdan cəmi 10 həftə sonra Qari dünyasını dəyişib.
Qızı Lea Buesnel bildirib ki, atası uzun müddət şikayət etsə də, həkimlər onu ciddiyə almayıblar. Diaqnoz yalnız təcili yardımla xəstəxanaya yerləşdirildikdən sonra qoyulub. Pandemiya dövründə müalicə daha da çətinləşib və Qari son həftələrini qocalar evində keçirib.
Lea hər kəsi diqqətli olmağa çağırır: "Əgər bədəninizdə bir problem hiss edirsinizsə, israrlı olun. Erkən diaqnoz həyatı xilas edə bilər".
Tərcümə: Könül Oruc