Tibbi xəbərlər
İlanın sancdığı 20 yaşlı gənci həkimlər
Tibbi xəbərlər
514

İlanın sancdığı 20 yaşlı gənci həkimlər xilas etdi

22 may 2025-ci il tarixində 20 yaşlı şəxs (kişi cinsli) ilan sancması səbəbi ilə Qax rayonundan kəskin ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Mərkəzdən E-saglam.az-a bildirilib ki, xəstəyə ilan zəhəri ilə zəhərlənmə, ekzotoksik şok diaqnozları qoyulub. Dərhal zəruri müalicə prosedurları başladılıb, ilan zəhəri əleyhinə zərdab vurulub.

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, həkim-toksikoloqlar İnarə Ağabalayeva və Lalə İsgəndərova tərəfindən intensiv müalicə tədbirləri görülüb. Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib. Hazırda pasiyentin vəziyyəti stabildir və həyati təhlükəsi geridə qalıb.

Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun