Bağırsaqlar yalnız həzm sistemi ilə bağlı deyil, eyni zamanda ümumi sağlamlığınız üçün də həyati əhəmiyyət daşıyır. Toksinlərin atılması, immun sistemin gücləndirilməsi və psixi sağlamlıq üçün bağırsaq mikrobiomunun balansı vacibdir.
E-saglam.az xəbər verir ki, bağırsaq sağlamlığını qorumaq üçün isə aşağıdakı 9 vitamin önəmlidir:
1. Maqnezium
Bağırsaq əzələlərini rahatlayaraq qəbizliyi azaldır. İspanaq, badam, balqabaq toxumu və paxlalılar maqneziumla zəngindir.
2. B12 vitamini
Həzm prosesini dəstəkləyir və bağırsaq bakteriyalarını tarazlaşdırır. Yumurta, süd məhsulları və zənginləşdirilmiş qidalar B12 mənbəyidir.
3. Sink
Bağırsaq divarlarını bərpa edir və infeksiyalara qarşı qoruyur. Sink üçün istiridyə, balqabaq toxumu və mal əti istehlak edə bilərsiniz.
4. D vitamini
Bağırsaq mikrobiomunu gücləndirir və iltihabı azaldır. Günəş işığı, somon və zənginləşdirilmiş süd məhsulları D vitamini üçün əla mənbələrdir.
5. C vitamini
Antioksidant təsiri ilə bağırsaqda zərərli bakteriyalarla mübarizə aparır. Portağal, limon və brokoli C vitamini ilə zəngindir.
6. Omega-3 yağ turşuları
Bağırsaq iltihabını azaldır və sağlam bakteriyaları dəstəkləyir. Balıq (somon, skumbriya), çia toxumu və qoz omega-3 mənbələridir.
7. Probiotiklər
Bağırsaq mikrobiomunun balansını təmin edir. Qatıq, kefir, turşu kələm və kimçi təbii probiotik mənbələridir.
8. Liflər
Həzm sistemini tənzimləyir və sağlam bakteriyalar üçün qida rolunu oynayır. Taxıllar, meyvə və tərəvəz liflə zəngindir.
9. E vitamini
Hüceyrələri qoruyur və bağırsaq iltihabını azaldır. Fındıq, günəbaxan toxumu və ispanaq E vitamini mənbəyidir.
Bağırsaq sağlamlığınızı necə qorumaq olar?
Düzgün qidalanma, bol su içmək və yuxu rejiminə əməl etmək bağırsaq sağlamlığını dəstəkləyir. Sadəcə balanslı pəhrizlə başlayın və bağırsağınızın ikinci beyniniz olduğunu unutmayın!
Tərcümə: Könül Oruc