Xəstəliklər
İki həftədən çox davam edən yorğunluq
Xəstəliklər

İki həftədən çox davam edən yorğunluq nəyin əlamətidir?

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət anemiya, tiroid xəstəlikləri və ürək problemləri kimi ciddi sağlamlıq problemlərindən qaynaqlana bilər. Yorğunluq bəzən stress və nizamsız yuxu ilə əlaqəli olsa da, uzun müddət davam edirsə, tibbi müayinədən keçmək vacibdir.

Anemiya oksigen çatışmazlığına səbəb olaraq davamlı zəiflik yarada bilər. Qalxanabənzər vəzinin funksional pozğunluqları maddələr mübadiləsinə təsir edərək yorğunluğa səbəb olur. Ürək xəstəlikləri qan dövranını zəiflədərək enerji səviyyəsinin düşməsinə yol aça bilər. Psixoloji amillər, o cümlədən depressiya və stress də fiziki və zehni tükənməyə səbəb ola bilər.

Əgər yorğunluq iki həftədən uzun davam edirsə və istirahətlə keçmirsə, həkimə müraciət etmək tövsiyə edilir. Əlavə simptomlar – arıqlama, başgicəllənmə, yaddaş problemləri və sinə ağrısı varsa, tibbi müayinə qaçınılmazdır. Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət və keyfiyyətli yuxu yorğunluğun qarşısını almağa kömək edə bilər.

Stressi idarə etmək üçün meditasiya və nəfəs məşqləri faydalı ola bilər. Sosial dəstək zehni sağlamlığı yaxşılaşdıraraq yorğunluğu azalda bilər. Uzun müddət davam edən zəiflik həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Erkən diaqnoz və müalicə sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun