Tibbi xəbərlər
İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər? -
Tibbi xəbərlər
1055

İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər? - AÇIQLAMA

“İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır”.

E-saglam.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb. 

G.Cəfərova qeyd edib ki, İİV-ə yoluxmuş anadan uşağa bətndaxili inkişaf dövründə və ya ana südü ilə xəstəliyin keçməsi mümkündür:

“Vurğulamaq istərdim ki, İİV-in yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülməsində ilk növbədə profilaktikanın böyük əhəmiyyəti var. Bu istiqamətdə də hazırda ölkəmizdə uğurlu tədbirlər görülür. Demək olar ki, son 5 il ərzində ölkəmizdə qeydiyyatda olan İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS ilə Mübarizə Mərkəzində qeydiyyata götürülüb ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mərkəzin mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər”.

Onun sözlərinə görə, İİV-ə yoluxan hamilə qadınlara qeysəriyyə əməliyyatına üstünlük verməsi və ana südü ilə qidalandırmadan mütləq şəkildə çəkinmələri tövsiyə olunur:

“Çünki təbii doğuş zamanı dölün doğuş yollarından və ana südü ilə yoluxması mümkündür. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da anadan uşağa ötürülmənin profilaktikası aparılır”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun