Yandex watch
İdmansız və pəhrizsiz 40 kilo arıqladı:

Miçiqan ştatından olan Leaha Ureel TikTok-da paylaşdığı arıqlama hekayəsi ilə sosial mediada gündəmə çevrilib. O, nə pəhriz saxlayıb, nə də idman edib, sadəcə olaraq düşüncə tərzini dəyişərək 40 kilo arıqlayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Leaha deyir ki, arıq insanların vərdişlərini öyrənməyə başlayıb və onları öz həyatına tətbiq edib. Kiçik davranış dəyişikliklərindən tutmuş aktiv hobbilərə, hətta ev təmizliyinə olan marağın artmasına qədər bir sıra fərqli addımlar atıb. “Özümü təmizliyə düşkün biri olduğuma inandırdım və saatlarla təmizlik etməyə başladım,” – deyə o izah edir. Bu metodu isə “bacarana qədər saxtalaşdır” prinsipi ilə izah edir.

Mütəxəssislər isə Leahanın yanaşmasının qeyri-elmi olmadığını bildirirlər. Obezite üzrə mütəxəssis Dr. Meghan Garcia-Webb bu cür davranış modellərinin zehni transformasiya üçün effektiv olduğunu deyir: “Zəif bir insanın düşüncə tərzini təqlid etmək məşqçilikdə tez-tez tövsiyə etdiyimiz bir üsuldur”.

Psixoloq Helen McCarthy-də bu yanaşmanı “İştahınızı necə yenidən öyrətmək olar” kitabında açıqlayır. Onun fikrincə, bədənin aclıq və toxluq siqnallarını anlamağı öyrənmək arıqlamaq üçün effektiv və davamlı üsuldur.

Qeyri-adi görünsə də, Leahanın hekayəsi düşüncə gücünün və davranış dəyişikliklərinin real nəticələr verə biləcəyini göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az