Tibbi xəbərlər
İçki sexinə baxış keçirildi: İstehsalda kobud pozuntular aşkarlandı - FOTO
Tibbi xəbərlər

İçki sexinə baxış keçirildi: İstehsalda kobud pozuntular aşkarlandı - FOTO

Abşeron rayonu, Masazır kəndində fəaliyyət göstərən fiziki şəxs Səfərov Cavanşir Zülfüqar oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) E-saglam.az-a verilən məlumata əsasən, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, sexdə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin işçi heyətin dövri tibbi müayinəsindən keçirilmədiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun