Tibbi xəbərlər
İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində
Tibbi xəbərlər
302

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində əsaslı artımlar olub

Həkimlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində əsaslı artımlar olub.

E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediatur zamanı deyib.

Onun sözlərinə görə, həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir:

"Qəbələ RMX-da 2023-cü ildə həkimlərə verilən işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 733 manat olmuşdusa, 2024-cü ilin altı ayında bu rəqəm 1206-ya qədər yüksəlib. Buna səbəb pasiyent sayının çoxalması, Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və tariflərinin artması olub. Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk altı ayında isə 3600 manatı keçib”.

Könül Oruc 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun